“Yuventus” yay transfer planlarının həyata keçirilməsinə start verib.
Newsport.az saytının məlumatına görə, Turin təmsilçisinin nümayəndələri “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin aganti ilə danışıqlara başlayıb.
Romalılar 27 yaşlı serbiyalını 70 milyona satmaq istəyir. Sergey “Mançester Yunayted”in də maraq dairəsindədir.
“Yuventus” iki futbolçusu ilə müqaviləni uzatmaq barədə danışıqlar da aparır. Xuan Kuadradoya 2 illik anlaşma təklif olunub. Hazırda ildə 5 milyon avro qazanan 33 yaşlı kolumbiyalı daha aşağı maaşa oynamaq təklifini nəzərdən keçirir.
Müdafiəçi Luka Pelleqriniyə isə yaxşılaşdırılmış şərtlər təklif olunacaq. Anlaşması 2025-ci ildə başa çatacaq 23 yaşlı futbolçunu uzun müddət heyətində saxlamaq fikrindədir.