Klub prezidenti Sarriyə yeni müqavilə təklif edəcək

"Latsio"nun prezidenti Klaudio Lotito yaxın günlərdə komandanın baş məşqçisi Maurisio Sarri ilə görüşəcək.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər komandanın növbəti mövsümkü planlarını müzakirə edəcək. Əsas məsələ isə 63 yaşlı mütəxəssisin "Latsio" ilə yeni müqaviləsini müzakirə etmək olacaq.

​Sarrinin "Latsio" ilə müqaviləsi 2023-cü ilə qədərdi. Amma "qartallar" onunla müqaviləni daha iki il artırmaq istəyir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right