Hakan Çalhanoğlu: "Eriksenin yerini doldurmağın asan olmayacağını bilirdim"

"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Milan təmsilçisinin heyətində kuboklar qazanmaq istədiyini bildirib:

 

"Meydanda ən yaxşı oyunumu göstərmək istəyirəm. Eriksenin yerini doldurmağın asan olmayacağını bilirdim. Yeni komanda quruldu, yeni oyunçularımız və lazım olan keyfiyyətimiz var. Biz də "İnter"lə kuboklar qazanmaq istəyirik".

 

Hakan Çalhanoğlu "İnter"ə mövsümün əvvəlində azad agent statusu ilə keçib. Təcrübəli yarımmüdafiəçi İtaliya klubunun heyətində meydana çıxdığı 37 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right