"Milan"ın futbolçusu əməliyyat edildi

"Milan"ın müdafiəçisi Alessandro Florenzi dizindən əməliyyat olunub.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı futbolçunun əməliyyatı uğurlu keçib.

Amma onun bərpa prosesinin müddəti və meydanlara dönəcəyi vaxtla bağlı məlumat verilməyib. 

Müqavilə ilə “Roma”ya məxsus olan təcrübəli futbolçu “Milan”da icarə əsasında çıxış edir.

Florenzinin səhhətində problem yaranarsa, "Milan" rəhbərliyi onun transfer hüququna sahib çıxmaq fikrindən daşına bilər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right