"Göztəpə"dən Abramoviç açıqlaması

"Göztəpə" "Çelsi"nin sahibi Roman Abramoviçin klubu alması ilə bağlı yayılan məlumatları təkzib edib.

Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin vitse-prezidenti Talat Papatia açıqlama verib.

O deyib:“Abramoviç klubu almaqla bağlı heç kimlə əlaqə saxlamayıb, görüşməyib. Bu məlumatlar düzgün deyil. Abramoviçin "Göztəpə"ni almasını mediadan öyrəndik, amma bu belə deyil. Məsələ ilə bağlı danışıqlar müəyyən spesifikliyə çatdıqda lazımi açıqlamaları verəcəyik”. 

Qeyd edək ki, "D-Smart Spor" Abramoviçin Türkiyə klubunu aldığını və cümə günü bununla bağlı rəsmi açıqlama veriləcəyi barədə xəbər yaymışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right