"Napoli" millimizin veteran forvardının oğluna 5 illik müqavilə təklif etdi

“Napoli” Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya ilə maraqlanır.

Newsport.az “Tuttomercatoweb” portalına istinadən xəbər verir ki, Avropanın əksər klublarının transfer siyahısında yer alan 21 yaşlı futbolçunu “Napoli” də transfer etmək istəyir. Neapollular 21 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib. “Rubin”dən ayrılaraq “Dinamo”ya (Batumi) keçən Xviça İtaliyaya yollanmaq arzusundadı. 
 

Millimizin veteran forvardı Badri Kvaratsxeliyanın oğlu olan Xviça yeni mövsüm böyük beşlik ölkə çempionatlarının birində başlamağa israrlıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right