Məşhur hücumçu karyerasını bitirir

ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Qonsalo İquayn karyerasını bitirməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası "TNT Sport"a açıqlamasında məlumat verib. Onun sözlərinə görə Argentina millisinin keçmiş üzvü mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.

 

"River Pleyt", "Real", "Napoli", "Yuventus", "Milan" və "Çelsi"də çıxış etmiş məşhur forvard 2020-ci ilin yayında "İnter Mayami"yə keçib. İquayn MLS təmsilçisinin heytində cari mövsümdə meydana çıxdığı 5 qoyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right