Derbi öncəsi "Qalatasaray"da Kərəm şoku

"Fənərbaxça" ilə derbi matçı öncəsi "Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Newsport.az-in məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Kərəm Aktürkoğlu sıradan çıxıb.

Super Liqanın 31-ci turunun "Fatih Karagümrük"lə matçının (2:0) ilk hissəsində zədələnərək meydanı tərk edən 24 yaşlı futbolçunun əzələsində qanama aşkarlanıb. Türkiyə millisinin üzvünün İstanbul derbisində oynayıb-oynamayacağı  bilinmir.

Kərəm Aktürkoğlu cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 10 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right