"Şaxtyor" Türkiyə klubları ilə qarşılaşacaq

Ukraynanın “Şaxtyor” klubu Türkiyə təmsilçiləri ilə yoxlama oyunu keçirəyi planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna yerli mətbuata açıqlamasında bildirib. O, aprelin 13-də “Beşiktaş”, 19-da isə “Fənərbağça” ilə qarşılaşacaqlarını söyləyib. Oyunlardan əldə ediləcək gəlir Ukraynadakı müharibədən əziyyət çəkən insanlara yardım üçün xərclənəcək.

Xatırladaq ki, artıq 1 aydan artıqdır ki, Rusiya qoşunlarının hücumuna görə Ukraynada bütün idman yarışları, o cümlədən futbol dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right