Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.

Newsport.az-in məlumatına görə, bu barədə "Hürriyet" qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.

Onunla yanaşı, daha bir neçə idman müxbiri 72 yaşlı funksionerin TFF-dəki vəzifəsini tərk etdiyini yazıb.

Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right