“Ndlovu dedi ki, artıq 32 yaşım var, yaxşı da təklif almışam...”

“Kocaelispor” klubunun prezidenti Engin Koyun Dino Ndlovunun komandalarından ayrılmasına münasibət bildirib.

Newsport.az “TRT Spor”a istinadən xəbər verir ki, o, Cənubi afrikalı futbolçunun Çinə qayıtması barədə danışarkən bildirib:

“Dinonun zaman-zaman bizə faydası olub. Amma uzun müddət də onun zədəsinə görə sıxıntılar yaşadıq. Zədəsini sağaltdıqdan sonra isə yaxşı bir təklif aldı. Bizə təklifi dəyərləndirəcəyini dedi. Bildirdi ki, artıq 32 yaşındayam, yaxşı təklif almışam və klubuma da fayda vermək istəyirəm. Təklifi qarşılıqlı olaraq qiymətləndirdik. Klubu və Dinonun mənfəətlərini düşünərək belə qərar verdik”.

Xatırladaq ki, bugünlərdə Türkiyə mətbuatının yazdığına görə, “Qarabağ”ın sabiq forvardı Dino Ndlovu “Kocaelispor”dan ayrılıb. 32 yaşlı Cənubi afrikalı hücumçunun karyerasını Çinin Super Liqa təmsilçisi “Çançun Yatay”da davam etdirəcəyi bildirilib. Ndlovunun transferi üçün 5 milyon dollar ödəniləcəyi iddia olunub.

Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Bu komandada 15 oyuna 9 qol vurub, 1 qolun isə ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right