"Bu məğlubiyyət əsl biabırçılıqdır" Alleqri

“Çoxlu qol imkanları yaratdıq. Bu məğlubiyyət əsl biabırçılıqdır. Xüsusilə rəqibin cərimə meydançası yaxınlığında çox yaxşı oynadıq". 

Newsport.az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya A seriyasının 31-ci turunda evdə "İnter"ə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, artıq 4-cü yer uğrunda mübarizə aparacaqlarını etiraf edib: "Biz çempionluq yarışından çıxdıq. İndi dördüncü yeri tutmaq üçün mümkün qədər çox xal toplamalı və növbəti mövsümə maksimum dərəcədə hazırlaşmalıyıq. Bunun üçün hər cür şəraitimiz var. Qalan yeddi oyunun hər birində qalib gəlmək lazımdır. Çünki “Roma” bizdən cəmi beş xal geri qalır. Biz inkişaf etməliyik,. Artıq düzgün yoldayıq”.

Qeyd edək ki, "Yuventus" 59 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right