Elmar Qasımov bürünc medal qazandı

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük dəbilqə”ni bürünc medalla başa vurub. 

Newsport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük dəbilqə"ni 1 bürünc medalla bitirib.

Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right