İnzaqi: “Yuventus”la matçda əsas olan nəticədir”

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 31-ci turunda “Yuventus”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az DAZN-a istinadən xəbər verir ki, İnzaqi, qarşıdakı oyunlar arasında ən çətininin “Yuventus”la qarşılaşma olduğunu bildirib:

“Çox vacib matçdır. Başqalarına və özünüzə mesaj vermək üçün bundan yaxşı fürsət düşünə bilməzsiz. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq üçün yaxşı oynamalı, xarakter nümayiş etdirməliyik. Biz ay yarım əvvəl hansı vəziyyətdə olduğumuzu bilirik. Çox xal itirmişik və bilirik ki, “Yuventus” kimi güclü rəqibə qarşı aqressiv, qətiyyətli hərəkət etməliyik. “Yuventus”la matçda əsas olan nəticədir.

Son vaxtlar çox xal itiririk. Hətta çoxlu qol imkanları yaratsaq da, son 7 oyunda cəmi 7 xal qazanmışıq. Bu, məyusedicidir. Qalib gəlmək istəyirik və bilirik ki, qarşıda bizi çətin oyunlar gözləyir. “Yuventus”la qarşılaşma isə onların ən çətinidir”.

Bu gün keçiriləcək “Yuventus” – “İnter” matçı saat 22.45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right