Aprelin 1-də Kiyev “Dinamo”su Ukraynadan Rumıniyaya yola düşüb.
Newsport.az klubun saytına istinadən xəbər verk ki, Mirça Luçeskunun baş məşqçisi olduğu komanda sözügedən ölkəyə çatmaq 18 saatdan bir qədər çox vaxt lazım olub.

Kiyev təmsilçisi biraz dincəldikdən sonra məşqlərə başlayıb.

Əvvəlcə fitnes zalında məşq edən komanda daha sonra hazırlıqlarını meydançada davam etdirib.
"Dinamo" Ukrayna ordusuna kömək məqsədilə keçirilən xeyriyyə aksiyası çərçivəsində yoxlama oyunları keçirəcək. Komanda əvvəlcə aprelin 6-da “Styaua” ilə (Rumıniya) qarşılaşacaq.
Xatırladaq ki, “Dinamo”nun futbolçuları Rusiya ilə müharibə səbəbindən Ukrayna ərazisini tərk edib və aprel-iyun aylarında Avropa klubları ilə bir sıra yoxlama görüşləri keçirməlidirlər. Klublar arasında Dortmund "Borussiya"sı (Almaniya) , PSJ (Fransa) , "Barselona" (İspaniya) və "Milan" (İtaliya) da var.