“Latsio”dan “Sassuolo” üzərində qələbə

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Spetsiya” doğma meydanda “Venetsiya”ya, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “Torino” da səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.

“Atalanta”nın qonağı olacaq “Napoli” A Seriyasında bu komanda ilə son iki görüşdə məğlub olub.

Turun mərkəzi qarşılaşmasında “Yuventus”la “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər. Turin təmsilçisi A Seriyasında ardıcıl 4 oyundur qalib gəlir. “Neradzurra” isə son 4 matçda yalnız 1 dəfə meydanı 3 xalla tərk edib.

Çempionatın lideri “Milan” isə evdə “Bolonya” ilə üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki qarşılaşması olduqca dramatik alınmışdı. Milan klubu 9 nəfərlə qalan rəqibini çətinliklə 4:2 hesabı ilə məğlub etmişdi.

İtaliya A Seriyası, 31-ci tur

2 aprel

Spetsiya – Venetsiya 1:0
Qol
: Qyasi, 90+4.

Latsio – Sassuolo 2:1
Qol:
Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.

Salernitana – Torino 0:1
Qol:
Belotti, 18-pen.

3 aprel

14:30 Fiorentina – Empoli
17:00 Udineze – Kalyari
17:00 Atalanta – Napoli
20:00 Sampdoriya – Roma
22:45 Yuventus – İnter

4 aprel

20:30 Verona – Cenoa
22:45 Milan – Bolonya

Bombardir: Çiro İmmobile (Latsio), Duşan Vlahoviç (Yuventus) – 21 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right