"Qalatasaray" qalib gəldi, "Fənərbaxça"dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Fənərbaxça” ardıcıl 4 oyundur məğlub olan “Kayserispor”un qonağı olub və darmadağına sevinib.

Son 3 oyunda yalnız bir qələbəsi olan “Qalatasaray” dogma meydanda “Fatih Karagümrük” komandasını sınağa çəkib və inamlı qələbə qazanıb. Dörd qolun qeydə alındığı “Girəsunspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. “Altay” isə evdə “Antalyaspor”a uduzub.

Turun mərkəzi qarşılaşması aprelin 3-də olacaq. Çempionluğa çox yaxın olan “Trabzonspor” “Medikal Park”da “Beşiktaş”la üz-üzə gələcək.

 
2 aprel
 
"Girəsunspor" – "Sivasspor" - 2:2
Qol: 
U.Nayir, 72; 79 – Kayode, 39. Qradel, 44.
 
"Kayserispor" – "Fənərbaxça" - 0:4
Qol:
 Zayç, 16. Rossi, 45. İ.Kahveçi, 54. A.Gülər, 90+3.

 

"Altay" – "Antalyaspor"  - 1:2
Qol:
 Rayan, 74-pen – L.Adriano, 25. Rayt, 70.
 
"Qalatasaray" – "Fatih Karagümrük" - 2:0
Qol:
 Qomis, 4-pen. Babel, 12.

Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Trabzonspor" başçılıq edir. "Fənərbaxça" 56 xalla 2-ci, "Konyaspor" 55 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right