Türkiyədə azərbaycanlıların duelində Vüsal sevindi

Türkiyə I Liqasında XXIX turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu turda azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib. 

Vüsal İsgəndərlinin formasını geydiyi "Ankara Keçiörengü" doğma meydanda Namik Əlsəkərovun çıxış etdiyi "Bursaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Vüsal İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Namik Ələskərov isə qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Bu nəticədən sonra xallarını 38-ə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Bursaspor" isə 28 xalla 18-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right