Milli üzvünü təhqir edən azarkeş həbs olundu

Son Avropa çempionatının final matçından sonra İngiltərə millisinin hücumçusu Markus Reşfordu təhqir edən azarkeş həbs olunub.

 

Newsport.az xəbər verir ki, tvitterdə 25 yaşlı futbolçunun ünvanına təhqirlər yazan 19 yaşlı Castin Li Prays məhkəmənin qərarı ilə 6 həftə həbs cəzası alıb. Həbs edilərkən ittihamları rədd edən gənc sonradan günahını etiraf edib.

 

Qeyd edək ki, İngiltərə Avro-2020-nin final matçında İtaliyaya penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Raşford, Bukayo Saka və Ceydon Sanço penalti zərbələrini qeyri-dəqiq yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right