"Mən ancaq milli uduzanda xatırlanıram" Balotelli

"Adana Demirspor"un futbolçusu Mario Balotelli DÇ-2022-nin pley-off mərhələsi üçün İtaliya millisinə çağırılmamaqdan şikayətlənib.

Newsport.az xəbər verir ki, 31 yaşlı hücumçu "Sky İtalia"ya açıqlamasında deyib: "Millinin Şimali Makedoniyaya uduzduğu matça baxdım. Yaxşı şanslar yaratdıq . Cərimə meydançasında yaxşı qollar vura bilirəm. Bu o demək deyil ki, meydanda olsaydım, qalib gələcəkdik. Ancaq şansımız var idi.

Mən ancaq milli uduzanda xatırlanıram. Hazırda bunu demək asandır, amma oyundan əvvəl heç kim mənim haqqımda düşünmürdü".

Qeyd edək ki, İtaliya pley-offun yarımfinalında Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq mundiala vəsiqə qazanmaq şansını itirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right