"Dünya çempionatını qazanmaq şansımız var idi"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya uduzaraq (0:1) turnirlə vidalaşması barədə danışıb. 

Newsport.az xəbər verir ki, mütəxəssis "Football İtalia"ya açıqlamasında məyusluğunu ifadə edib: 

“Böyük məyusluğa baxmayaraq, son 4il ərzində gördüyümüz işlərin yüksək qiymətləndirilməsindən məmnunam. Avro-2020-ni qazanmaq bizim yeganə uğurumuz deyil. Futbolçularımız əldə etdiklərinə görə tərifə layiqdirlər. Bizim xüsusi komandamız var. Biz dünya çempionatının seçmə mərhələsində finala birbaşa vəsiqə qazanmaq üçün İsveçrəni ən azı iki xal qabaqlamalıydıq. Bazeldə 3:0 hesabı ilə qalib gəlməli idik. Sentyabrdan bəri davamlı olaraq bəxtimiz gətirmədi, amma futbolçuları qınaya bilmərəm, yaxşı futbol nümayiş etdirdilər. Səhvlər etdik və şanslarımızı çevirə bilmədik. İndi komandaya gənc futbolçuları gətirmək imkanımız var, Ümid edirəm ki, onlar klublarında da şanslar qazanacaqlar. Biz gənc oyunçuların potensialını izləyə bilərik. Bu komandanın bir az da olsa, dünya çempionatının qalibi olmaq şansı var idi. Təbii ki, növbəti matçlarda da dəyişikliklər olacaq. Komandanı 2ildən sonra keçiriləcək Avropa çempionatına hazırlamalıyıq. Bu, bizim işimizdir. Avropa və dünya çempionatını qazanmaq istəyirdim. Dünya gözləməli olacaqlar. Mən işimi bəyənirəm və burada vacib uğur qazanmaq istəyirəm. Əgər məyusluğumuzu nəzərə alsaq, qalan hər şey həmişəki kimi davam edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right