"Qalatasaray" baş məşqçisi ilə vidalaşır

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda baş məşqçisi Domenek Torrenlə yollarını ayıracaq.

Newsport.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin mayda seçiləcək yeni prezidenti və İdarə Heyəti 60 yaşlı mütəxəssislə yola davam etməyəcək.

İspaniyalı baş məşqçi istefanı qəbul etməsə, ona 1,5 milyon avro təzminat ödəniləcək və ya qarşılıqlı razılıq əsasında yollar ayrılacaq.

Qeyd edək ki, "Qalatasaray"ın hazırkı prezidenti Burak Elmas Konqresdə İdarə Heyətindən müsbət rəy almayıb və "sarı-qırmızılar"da prezident seçkisinin keçirilməsi qərara alınıb. Elmasın əsasnaməyə görə, namizəd ola bilməyəcəyi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right