Türkiyədə qalmaqal: 18 nəfər qırmızı vərəqə aldı

Türkiyənin regional həvəskar liqasının 3-cü bölgəsinin "Fırat Üniversitesi GSK" - "Bismil 1936 Gençlik ve Spor" oyununda futbolçular arasında kütləvi dava yaşanıb.

Newsport.az ntvspor.net-ə istinadən xəbər verir ki, hadisə matçın 88-ci dəqiqəsində baş verib. "Fırat Üniversitesi GSK"4:1 hesabı ilə öndə olarkən oyunçular dalaşmağa başlayıblar. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə edib. Onlar futbolçuları ayırmaq üçün bibər qazından istifadə ediblər.

Davaya görə matç tamamlanmayıb. Baş hakim "Fırat Üniversitesi GSK"nin 6 futbolçusuna, bir idarəçisinə, "Bismil 1936 Gençlik ve Spor"un isə 10 futbolçusu və bir idarəçisinə qırmızı vərəqə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right