"Biz bununla dayanmayacağıq” Şimali Makedoniya millisinin baş məşqçisi

Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski DÇ-2022-nin pley-off mərhələsinin finalında Portuqaliyaya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, UEFA-nın saytına açıqlamasında deyib:

"Dünyanın ən yaxşı komandalarından biri olan İtaliyaya qalib gəldik. Biz bununla dayanmayacağıq. Dünya çempionatına vəsiqə qazanmaq üçün bizə son addım lazımdır. Niyə Avropanın ən yaxşı 20 komandası arasında olduğumuzu təsdiqləməyə hazırlaşırıq”.

Qeyd edək ki, martın 29-u keçiriləcək Portuqaliya - Şimali Makedoniya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Şimali Makedoniya pley-offun yarımfinalında İtaliyaya 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right