"Jorjinyo ilə bu mövzuda zarafat etməyəcəm, həmin hadisəni xatırlatmayacam"

"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt komanda yoldaşı Jorjinyoya İtaliya - Şimali Makedoniya matçından sonra təsəlli verdiyini bildirib.

Newsport.az "Mirror"a istinadən xəbər verir ki, Maunt İtaliya millisinin üzvü olan Jorjinyoya göndərdiyi mesaj haqda da danışıb:

"Mən onunla bu mövzuda zarafat etməyəcəm, İtaliya millisinin yaşadığı hadisəni xatırlatmayacam. Son 3 ildə eyni komandada çıxış etdiyim futbolçunun belə bir şey yaşadığını görmək mənim üçün çətindi. Milli komanda ilə nəticələr əldə etmək üçün böyük zəhmət çəkirsən. Uğursuzluqlar olanda isə adam çox məyus olur. Jorjinyoya belə bir mesaj yazdım: "Əhvalını korlama, möhtəşəm mövsüm keçirmisən və ümidvaram ki, birlikdə daha bir neçə titul qazanacağıq".

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right