Kriştiano Ronaldodan qələbə şərhi

Portuqaliya milli komandası DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyəni 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Newsport.az xəbər verir ki, qələbədən sonra ulduz futbolçu Kriştiano Ronaldo tvitter səhifəsində paylaşım edib. 37 yaşlı hücumçu bunları qeyd edib:

 

"Böyük hədəfimizə, 2022-ci il dünya çempionatına doğru ilk addım atıldı. Rəqibə hörmətlə yanaşaraq, lakin həmişə öz imkanlarımıza inanaraq, ciddi və diqqətli şəkildə çalışmağa davam etməliyik. Hədəf Qətərdir!"

 

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-yə vəsiqə uğrunda həlledici matçda Şimali Makedoniya ilə üz-üzə gələcək. Bu qarşılaşma 29 mart tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right