Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı Yenilənib

Bu gün DÇ-2022-nin pley-off oyunlarına start verilib.

Newsport.az xəbər verir ki, Türkiyə millisi Portuqaliyanın qonağı olub. Görüş ev sahiblərinin qələbəsilə yekunlaşıb. Portuqallar DÇ-yə yollanmaq üçün Şimali Makedoniyanı məğlub etməli olacaq. Belə ki, şimali makedoniyalılar sürpriz şəkildə İtaliyaya 1:0 hesabı ilə qalib gəlib.

FİFA Ukraynaya hücum səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və Polşa növbəti mərhələyə vəsiqə qazanıb. Ukrayna – Şotlandiya oyunu isə iyuna təxirə salınıb. Uels isə Avstriyaya 2:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya və Uels pley-offun finalına vəsiqə qazanıblar. İsveç - Çexiya matçı isə bu dəqiqələrdə davam edir və bu görüşün qalibi əlavə vaxtda müəyyənləşəcək.


Uels - Avstriya - 2:1
Qollar: 
Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)


İtaliya – Şimali Makedoniya 0:1
Qol
: Traykovski, 90+2.

Portuqaliya – Türkiyə 3:1
Qollar
: Otavio, 15. Jota, 42. M.Nunes, 90+4 – B.Yılmaz, 65

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right