"Portuqaliyaya qalib gəlsək, ağlamayacağam" - Türkiyə millisinin baş məşqçisi

Türkiyə millisinin baş məşqçisi Stefan Kunts DÇ-2022-nin pley-off mərhələsində Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib: 

"Bu vəzifəyə təyin edildiyimdən bəri həm mövcud oyunlar, həm də gələcək matçlar üçün çalışırıq. Yalnız Kriştiano Ronaldoya qarşı yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq. Portuqaliya ilə oyunda meydanda aktiv olmağa çalışacağıq. Rəqibin oyunundan çox bizim nə etdiyimiz önəmlidir. Portuqaliyanın möhtəşəm futbolçuları var. Onların 3 müdafiəçisinin olmamamğı bizim üçün üstünlük yaratmır. Futbolda hazırkı anı düşünmək lazımdır. Amma şans da vacibdir. Millinin baş məşqçisi təyin olunmağımdan heç 8 ay keçməyib. Lakin mən keçmişlə yaşayan biri deyiləm". 

Kunts jurnalistin "Latviya ilə matçda qələbə qazananda (1:2) ağlamışdınız. Portuqaliyaya qalib gəlsəniz, ağlayacaqsınızmı?" sualına belə cavab verib: "Bu dəfə qələbə qazansaq, ağlamayacam.Amma bunu niyə soruşdunuz? Portuqaliyada heç kim mənim ağladığımı bilmirdi. Mən də sizinlə bağlı nəsə öyrənəndə, bunu hər kəsə söyləyəcəyəm".

Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması sabah Bakı vaxtilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right