Portuqaliya millisinin müdafiəçisi Pepe koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Pepenin hazırda səhhəti yaxşıdır və o, karantinə alınacaq.
39 yaşlı oyunçu martın 24-də Türkiyəyə qarşı keçiriləcək DÇ-2022-nin pley-off matçını buraxmalı olacaq.