Portuqaliyalı futbolçu Türkiyəyə qarşı oynamayacaq

Portuqaliya millisinin məşqçilər korpusu daha bir bəd xəbər alıb.

Newsport.az Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Pepenin koronavirusa yoluxmasından sonra Ruben Neveşin də zədə səbəbindən milliyə kömək edə bilməyəcəyi dəqiqləşib.

"Vulverhempton"un heyətində "Lids"ə qarşı matçda zədələnən Neveş zədəsini sağalda bilmədiyi üçün pley-off matçlarını buraxmalı olacaq. Belədə, onun Türkiyə matçında meydana çıxmayacağı dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right