Portuqaliya onu da itirdi Türkiyəyə qarşı oynamayacaq

DÇ-2022-nin pley-off mərhələsində Türkiyə ilə qarşılaşacaq Portuqaliya millisinin heyətində daha bir itki baş verib.

Newsport.az-ın məlumatına görə, "Lion"da çıxış edən qapıçı Antoni Lopes zədələnib. 31 yaşlı "əlcək sahibi" yığmanın düşərgəsində kənarlaşdırılıb. Onun əvəzinə "Vulverhempton"un qapıçısı Joze Sa heyətə cəlb edilib.

Portuqaliya milli komandasında daha əvvəl koronavirusa yoluxan müdafiəçi Pepe və zədələnən Ruben Neveşin Türkiyəyə qarşı oynamayacağı dəqiqləşmişdi.

Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması 24 mart tarixində Bakı vaxtilə saat 23:45-də "Draqao Stadionu"nda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right