Türkiyəli futbolçu Rusiyada sabiq "Bakı"lının rekordunu yenilədi

ÇSKA-nın (Moskva) futbolçusu Yusuf Yazıcı Rusiya Premyer Liqasındakı rekordu təkrarlayıb.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu "Rubin"lə matçda fərqlənib.

Bu görüşdə het-triklə yadda qalan Yusuf Rusiya Premyer Liqasında meydana çıxdığı ilk dörd matçda qol vurmağı bacarıb. Türkiyə millisinin üzvü Rusiya çempionatları tarixində bu cür göstəriciyə imza atan 3-cü futbolçudu.

Yazıcıdan əvvəl isə bunu "Okean"dan Oleq Qarin (1992), "Spartak"dan isə Andrey Ştoltsers etmişdi. Xatırladaq ki, sonuncu vaxtilə "Bakı"nın formasını geyinib.

Yusuf "Lill"ə məxsus olsa da, icarə əsasında Moskva klubunda çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right