Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Sassuolo” dogma meydanda “Spetsiya”nı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Günün digər matçı “Cenoa” ilə “Torino” arasında baş tutub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Liderlər qrupuna gəlincə, “Milan” “Kalyari” səfərindən 3 xalla dönüb. “Napoli” isə bu turda “Udineze”ni sınağa çəkib və qalib gəlib. Ötən tur xal itirən “İnter”i bu dəfə “Fiorentina” ilə heç də asan olmayan mübarizə gözləyirdi. Bu qarşılaşma isə heç-heçə bitib.
Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Empoli” – “Verona” matçında qalib müəyyənləşməyib. “Venetsiya” isə evdə “Sampdoriya”ya 2 cavabsız qolla uduzub. “Yuventus” bu tur “Salernitana” üzərində inamlı qələbəyə sevinib. Səfərdə “Bolonya” ilə qarşılaşan “Atalanta” da turu qələbəylə başa vurub.
Turun mərkəzi oyunu Romada olub. Burada paytaxtın iki təmsilçisi – “Roma” və “Latsio” üz-üzə gəlib. İlk dövrədə keçirilən oyunda “qartallar” 3:2 hesablı qələbə qazanmışdı. Turnir cədvəlində qonşu olan komandaları bir-birindən 1 xal ayırırdı. “Latsio” 49 xalla 5-ci, “Roma” isə 48 xalla 6-cı pillədə qərarlaşmışdı. Amma bu oyunda “Roma” 3 cavabsız qolla qalib gəlib və əzəli rəqibini turnir cədvəlində qabaqlamağa nail olub.