Ançelotti: “Günahkar mənəm”

“Komanda özünə bənzəmirdi. Başlanğıc yaxşı idi. Amma ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti itirdik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Real”baş məşqçisi Karlo Ançelotti deyib. Madridlilər dünən La Liqanın 29-cu turunun evdəki matçında əzəli rəqibi “Barselona”ya 0:4 hesabı ilə uduzub. Matçdan sonra keçirilən mətbuat konfransında italiyalı mütəxəssis deyib:

“Onlar bizim səhvlərimizdən istifadə edib qollar vurdular. Fasilədə futbolçulardan çox hücum etməyi xahiş etdim. Amma qol vurmaq alınmadı, müdafiədə problemlər yarandı. İkinci hissənin əvvəllərində 2 qol buraxdıq”.

Ançelotti deyib ki, “El-Klassiko”da asan oyunlar olmur: “Azarkeşlər bizdən hər zaman qələbə gözləyir. Bu gün biz uduzduq. Amma çempionatda üstünlüyümüz davam edir. Sakitliyimizi qorumalıyıq. Bu məğlubiyyəti dramatikləşdirməməliyik. Qarşıdakı 2 həftədə yaxşı dincəlib oyunlara hazırlaşmalıyıq. Bugünkü məğlubiyyət mənim - məşqçinin günahı ucbatındandır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right