“Atletiko”ya qələbə üçün bir qol bəs etdi

Futbol üzrə İspaniya La Liqasında 29-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Atletik” doğma meydanda “Xetafe” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Bu tur “el klasiko” ilə əlamətdar olacaq. “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edəcək. Qələbə təqdirində “kral klubu” çempionluğa doğru böyük addım atmış olacaq. İntriqanın qalması üçün “Barsa” bu qarşılaşmada madridliləri büdrətməlidir. Komandaların heyətlə bağlı müəyyən problemləri var. “Real”da Ferlan Mendi zədəlidir. “Barsa”da isə Serjinyo Dest həftəiçi Avropa Liqasında “Qalatasaray”la matçda zədələnib. Bu komanadaların ilk dövrədəki qarşılaşmasında paytaxt təmsilçisi “Kamp Nou”dan 3 xal aparmışdı.

Bu oyunun nəticəsindən “Sevilya” və “Atletiko” yararlana bilər. Əndəlüs klubu “Ramon Sançes Pisxuan”da “Real Sosyedad”ı qəbul edəcək. “Atletiko” isə “Rayo Valyekano”nun qonağı olub və minimal hesabla qalib gəlib.

Çempionlar Liqasında “Yuventus”u mübarizədən kənarlaşdıraraq sürprizə imza atan “Vilyarreal” isə “Kadis”lə üz-üzə gələcək.

İspaniya La Liqası, 29-cu tur

18 mart

Atletik – Xetafe 1:1
Qol: Berçiçe, 29 – E.Ünal, 3.

19 mart

Alaves – Qranada 2:3
Qol: Eskalante, 53. Valyexo, 57 – Eskudero, 50. Puertas, 75. L.Suares, 87.

Elçe – Valensiya 0:1
Qol: Quedes, 50.

Osasuna – Levante 3:1
Qol: Avila, 44. Budimir, 57. Brasanaç, 64 – Marti, 76.

Rayo Valyekano – Atletiko 0:1
Qol: Koke, 49.

20 mart

17:00 Espanyol – Malyorka
19:15 Kadis – Vilyarreal
19:15 Selta – Betis
21:30 Sevilya – Real Sosyedad
00:00 Real – Barselona

Bombardir: Kərim Benzema (Real) – 22 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right