Türkiyə 1-ci divizionun 29-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Vüsal İsgəndərlinin komandası "Keçiörengücü" növbəti matçına çıxıb.
Onlar “İstanbulspor”un qonağı olub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Keçiörengücü” 29 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.