"İnter" afrikalı üçün 35 milyon ödəməlidi

"İnter" rəsmiləri "Ayaks"ın forvardı Sebastyan Hallerin meneceri ilə görüşüb.

Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçunun agenti Amsterdam klubunun forvarda görə 35 milyon avro transfer məbləği tələb etdiyini bildirib.

"Nerazzura" rəhbərliyi isə afrikalı forvard üçün bu məbləği ödəmək istəmir. İtaliyalılar "Ayaks" rəsmilərilə forvardın keçidini müzakirə edəcək.

​“Oser”, “Utrext”, “Ayntraxt”(Frankfurt) klublarında oynamış forvard 2021-ci ildə “Vest Hem”dən “Ayaks”a keçib. O, Fil dişi Sahili millisinin üzvüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right