Bu gün UEFA Avropanın klub komandalarının reytinqini yeniləyib.
Newsport.az-ın xəbərinə görə, qurumun saytında yer alan və son 5 avrokubok mövsümünün nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycandan 7 komanda yer alıb. Onların sırasında ən yaxşı göstərici əvvəlkitək “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 63-cü yeri tutur. "Qarabağ"dan sonrakı pillələrdə yer alan Avropa komandaları sırasında "Başakşehir" (Türkiyə), PAOK (Yunanıstan), "Vest Hem" (İngiltərə), "Lester" (İngiltərə), "Betis" (İspaniya) "Atletik" (İspaniya), BATE (Belarus) kimi komandalar var.
“Neftçi” 166-cı, “Keşlə” 288-ci, “Qəbələ” 305-ci, “Sumqayıt” 311-ci, “Səbail” 312-ci, “Zirə” 313-cü pillədədir. Reytinqə “Bavariya” (Almaniya) başçılıq edir.
Ölkələrin UEFA sıralamasında isə Azərbaycan əvvəlkitək 26-cı pillədə qərarlaşıb.