Xavidən Kərəm Aktürkoğlu haqda xoş sözlər

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/8 finalında "Qalatasaray"la cavab görüşündən sonra İstanbul təmsilçisinin futbolçusu Kərəm Aktürkoğlu barədə danışıb. 

Newsport.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında 23 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər deyib:

"Xüsusilə diqqətinizi Kərəm Aktürkoğluna çəkmək istəyirəm. O, çox sürətli bir futbolçudur. Kərəm "Qalatasaray"ın ən yaxşı oyunçularından biridir. Ona qarşı yaxşı tədbir görmüşdük. Buna görə də matçda üstün olduq. Kərəmin möhtəşəm istedadı var. Təkbətək mübarizələrdə də çox yaxşı oynayır. Hər iki matçda əlindən gələni etdi. Lakin biz "Qalatasaray"ı yaxşı analiz etmişdik. Onlara çox az şans verdik, amma bizim daha çox şanslarımız oldu". 

Qeyd edək ki, komadalar arasında ilk matç 0:0 hesabı ilə başa çatsa da, Kataloniya klubu ötən gün Türkiyədəki oyunda 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right