Avroliqada 1/4 və 1/2 final cütlükləri müəyyənləşir Yenilənir

Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçiriləcək. .

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Bu mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.

Püşkatmada iştirak edəcək komandalar: 

Avropa Liqası

1/4 final

"Leyptsiq" (Almaniya)

"Barselona" (İspaniya)

"Atalanta" (İtaliya)

"Braqa" (Portuqaliya)

"Reyncers" (Şotlandiya)

"Vest Hem" (İngiltərə)

"Ayntraxt" (Almaniya)

"Lion" (Fransa)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right