"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində "Barselona"ya uduzaraq, turnirdə mübarizəni dayandırdıqları cavab matçı (1:2) barədə danışıb.
Newsport.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında apardıqları mübarizəyə görə futbolçuları ilə qürur duyduğunu deyib:
"Barselona"ya qarşı 2 matçda bu şəkildə mübarizə aparmaq asan deyil. ox çətin 2 oyun keçdi. "Barselona” dünyanın ən yaxşı komandalarından biridir. Bu matçda, xüsusən də ilk hissədə onlara qarşı yaxşı çıxış etdik. İkinci hissədə azlıqda qaldıq və qol buraxdıq. Qaydalar belədir və biz də bunu qəbul etməliyik. İkinci hissənin son 15 dəqiqəsində heç-heçə etmək üçün çoxlu imkanlarımız oldu. Son 5 dəqiqədə 2 real qol imkanımız var idi. "Barselona"nı təbrik edirəm. Amma oyunçularımızla da fəxr edirəm".
Qeyd edək ki, komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.