“Qalatasaray” fanatlarından Pikeyə etiraz

“Barselona”nın futbolçusu Jerard Pike “Qalatasaray” azarkeşlərinin etirazı ilə üzləşib.

Newsport.az xəbər verir ki, hadisə dünən bu komandaların İstanbuldakı matçında baş verib. Kataloniya təmsilçisi cavab matçında qalib gələrək (2:1, ilk oyun 0:0) Avropa Liqasında 1/4 finala yüksəlib.

Türk azarkeşlərin etirazına Pikenin 81-ci dəqiqədə Kleman Lanqle ilə əvəzlənərkən meydanı gec tərk etməsi səbəb olub. Vaxt uzatmaq üçün asta addım atan oyunçuya əvvəlcə hakim xəbərdarlıq edib. Meydanı tərk edib texniki zonaya gedəndə isə təcrübəli futbolçu fitə basılıb, ona yad əşyalar atılıb.

O, bu əşyaları hakimə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right