“Barselona”nın futbolçusu Pedri “Qalatasaray”la oyundan danışıb.
Kataloniya təmsilçisi İstanbuldakı cavab matçında qalib gələrək (2:1, ilk oyun 0:0) Avropa Liqasında 1/4 finala yüksəlib. Pedri komandasının ilk qolunun müəllifi olub.
Newsport.az-ın xəbərinə görə, 19 yaşlı hücuma meylli yarımmüdafiəçi oyundan sonra UEFA-nın mətbuat xidmətinə deyib: “Nou Kamp”dakı ilk oyun gözləmədiyimiz halda heç-heçə yekunlaşdığından burda çətin olacağını bilirdik. Mən indiyədək heç bir stadionda sənə bu qədər təzyiq edən tribunalar görməmişdim. Qol vurarkən əvvəl var gücümlə zərbə endirmək istədim. Sonra bir anlıq düşünərək aldadıcı fənd etdim. Yalnız lazım olan yeri gördükdən sonra zərbə vurdum”.