İstanbuldakı qələbədədən sonra bu sözləri dedi

“Bu gün komandam iradə göstərdi, gözəl oyun nümayiş etdirdi”.

Newsport.az-ın xəbərinə görə, bu sözləri “Barselona”nın baş məşqçisi Xavi “Qalatasaray”la oyundan sonra deyib. Kataloniya təmsilçisi İstanbuldakı cavab matçında qalib gələrək (2:1, ilk oyun 0:0) Avropa Liqasında 1/4 finala yüksəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi daha sonra deyib: “Belə çətin meydançada geridönüş etmək… Yaxşı komandaya qarşı oynadıq. İlk oyunda olduğu kimi, bu gün də müdafiədə inamlı oynayırdılar. Biz nə vaxt hücum edəcəyimizi bilirdik. Hesabı tez bərabərləşdirməyiz vacib idi. Biz təzyiq etdik və sakitliyimizi qoruduq.  Bizim belə turnirlərdə təcrübəmiz yoxdur. Amma bura avrokubokdur və 1/4 finaldayıq. Bu, bizim daha da böyüməyimiz üçün növbəti addımdır”.

Stadionda atmosferin əla olduğunu deyən Xavi Avropa Liqasını qazanmaq istədiklərini də söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right