"Cəhənnəmə xoş gəldin!"

"Qalatasaray" azarkeşləri "Barselona"nın futbolçularının qaldığı otelin qarşısında atəşfəşanlıq ediblər. 

Newsport.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Fanatlar gecə saat 04:35 radələrində Kataloniya klubunun İstanbulda məskunlaşdığı otelin pəncərələrinin altında atəşfəşanlıq ediblər. 

Xatırladaq ki, bu gün "Qalatasaray" Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə cavab görüşünə çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında ilk matç 0:0 hesabı ilə başa çatıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right