UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ən yaxşı qolu müəyyənləşib.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunda çıxış edən Lautaro Martinesin İngiltərə "Liverpul"una vurduğu qol birinci olub.
Qeyd edək ki, qarşılaşma Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. İlk görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan "İnter" turnirlə vidalaşıb.