“Barselona”nı yaxşı tanımayanlar vurduğu qollara baxsınlar” Domenek Torrent

“Barselona” kimi fərdi texnikası yüksək olan futbolçulardan ibarət bir komandaya qarşı oynamaq çox fərqlidir. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün çalışırıq”. 

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Domenek Torrent sabah Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə İstanbulda keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib. Mütəxəssis fikirlərinə belə davam edib: 

“Oyun fəsləfəmiz də “Barselona”nın keyfiyyətinə köklənəcək. Türkiyədə bu komandanı kifayət qədər tanımayan insanlar onların La Liqanın son turunda “Osassuna”ya vurduğu 4 qola baxsınlar. “Qalatasaray”ın “Barselona”ya qarşı apardığı mübarizəni düzgün şəkildə qiymətləndirmək lazımdır. Rəqibimiz hazırda dünyanın ən yaxşı 5 komandasından biridir. Futbolçularımız fiziki olaraq çox çalışıb. Onlar inanılmaz dərəcədə səy göstərirlər. Sabah da son dəqiqəyə qədər mübarizə aparacağıq. Kompakt şəkildə oynamaq istəyirik. Dünyanın bütün komandaları “Barselona”ya qarşı matçlarda bir az geri çəkilmək məcburiyyətində qalır.  Oyun ərzində çətin anlar yaşamağa hazırlıqlı olmalıyıq. Doğma meydanda son 15 dəqiqədə çətinlik çəkdiyimiz vaxt azarkeşlərimiz bizə çox kömək edir. Əminəm ki, sabah da bizə dəstək olacaqlar. Onların dəstəyi ilə çox güclü oluruq. Çalışırıq ki, “Barselona”ya çətinlik yaracaq bir oyun planı quraq. Müdafiədə mükəmməl çıxış etməliyik. Bundan sonra mütləq qol vurmaq şanslarımız da olacaq. İlk andan etibarən yaxşı oynamağımız lazımdır. Xüsusilə, qapıçımız yaxşı çıxış etməlidir. İnanıram ki, bundan sonra şanslarımızdan yararlanacağıq və sərfəli nəticə əldə edəcəyik”. 

Qeyd edək ki, komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Sabah keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right