Ronaldo və Messi yenə 1/8 finalda dayandılar

Kriştiano Ronaldo və Lionel Messi Çempionlar Liqasında çıxışlarını erkən başa vurublar.

Newsport.az xəbər verir ki, ötən il olduğu kimi, bu mövsümdə də hər iki futbolçunun komandası ÇL-in 1/8 finalında mübarizəni dayandırıblar. Ronaldonun komandası “Mançester Yunayted” “Atletiko”ya, Messinin klubu PSJ isə Madridin digər təmsilçisi “Real”a uduzub.

Ötən il eyni hallar bu iki futbolçu “Yuventus” və “Barselona”da oynayanda da baş vermişdi.

Bunadək isə son dəfə 2004/05 mövsümündə Ronaldo və Messinin komandaları 1/4 finala yüksələ bilməmişdilər.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right