"Atletiko" və "Benfika" 1/4 finalda Yenilənib

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. 

Newsport.az xəbər verir ki, bu gün daha 2 cavab görüşü keçirilib. "Mançester Yunayted" doğma meydanda "Atletiko" (Madrid) ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi növbəti mərhələyə yüksəlib. Komandalar arasında ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.

Gecənin digər matçında isə "Ayaks" "Benfika"nı qəbul edib və 0:1 hesabı ilə uduzub.  Bu nəticə ilə Portuqaliya təmsilçisi növbəti mərhələyə adını yazdırıb. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final

 

Cavab oyunları

15 mart

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Nunez, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

16 mart

00:00. "Yuventus" - "Vilyarreal" 

İlk oyun - 1:1

00:00. "Lill" - "Çelsi"

İlk oyun - 0:2

8 mart

"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1

İlk oyun - 2:0.

"Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1

İlk oyun - 1:1

9 mart

"Mançester Siti" - "Sportinq" - 0:0

İlk oyun - 5:0

"Real" - PSJ - 3:1

İlk oyun - 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right