"Qalatasaray" - "Barselona" oyununun hakimləri

Avropa Liqasının 1/8 finalında keçiriləcək "Qalatasaray" - "Barselona" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Osrato idarə edəcək. Ona Alessandro Qiallatini və Fabiano Preti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Çiffi yerinə yetirəcək.

Qeyd edək ki, martın 17-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right